Türkiyənin daxili işləri naziri partlayışın gur yerdə saxlanılmış maşında baş verdiyini deyib.
İdris Naim Şahin, dövlət idarələrinin yaxınlığında yer alan hadisə nəticəsində 15 adamın xəsarət aldığını bildirir.
SNN Türk kanalı 20-dək adamın yaralandığını xəbər verib.
Türkiyə paytaxtının mərkəzində baş verən partlayışın səbəblərilə bağlı ziddiyyətli məlumatlar verilir.
Baş nazirin müavini Bülent Arınç bomba partlayışına dəlalət edən məlumatların daxil olduğunu qeyd edib.
Daha öncə Çankaya bələdiyyəsinin rəisi Bülent Tanık, olayı qaz yanacağı bakının partlayışı ilə bağlayıb.
Televiziya ilə od alan maşınların qalıqları nümayiş etdirilib.
Hadisənin baş verdiyi ərazi, ikinci partlayış ehtimalı ilə bağlı polis mühasirəsinə alınıb.
Türkiyənin Doğan agentliyi polisdəki mənbəyə istinad edərək partlayışdan sonra şübhəli qismində bir qadının saxlanıldığını xəbər verir.
Ankaranın ən izdihamlı mərkəzlərindən olan Çankaya məhəlləsində baş verən partlayışın çox uzaqdan eşidildiyi bildirilir.
Partalyış nəticəsində ətrafda olan bir çox binanın pəncərələri sınıb.
Yerli vaxtla saat 11.00 ətrafında yer almış olay ardınca bölgəyə çox sayda təcili yardım və yanğınsöndürən maşınları göndərilib. BBC
دستهبندیشده در: خبرها | بیان دیدگاه »